"Samsung" üç ekranlı smartfonun hazırlanmasını təsdiqlədi

İKT

23.01.2025 15:10

"Samsung" korporasiyası tezliklə üç ekranlı və qatlanan smartfonlarını təqdim edəcək.

TodayPress xəbər verir ki, bu barədə “SamMobile” məlumat yayıb.

Bildirilir ki, yeni smartfon 120 hers tezliyə malik 10 düymlük “Dynamic AMOLED 2X” ekrana malik olacaq.

Bundan başqa, cihazın “Snapdragon 8 Elit” prosessoruna, ən azı 12 giqabayt operativ yaddaş və 256 giqabayt daxiliyaddaşa sahib olacağı ehtimal edilir. 

Qeyd edək ki, yeni smartfonun akkumulyatoru 4900 milliamper-saata qədər artırılıb. 

Yeni cihazın satış qiymətinin min dollar (1700 manat) olacağı bildirilir.

Şirkət telefonun buraxılış tarixini açıqlamayıb, lakin smartfonun ilin sonuna qədər təqdim ediləcəyi təxmin edilir.

Nicat Osman

tag: Samsung,Dynamic AMOLED 2X,Snapdragon 8 Elit,Giqabayt ,todaypress.az,