"Samsung" qırılmayan smartfon hazırlayır
Cənubi Koreyanın “Samsung” korporasiyası yüksək davamlı korpusa malik smartfon buraxmağa hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə "Android Central" nəşri məlumat yayıb.
Bildirilir ki, "Galaxy S25 Edge"nin yüksək davamlı korpusu olacaq. Telefon şüşə və keramika arxa panelə malik olacaq.
Mütəxəssislər qeyd ediblər ki, keramika şüşədən nəzərəçarpacaq dərəcədə güclüdür.
Örtük simsiz enerji doldurmağa, mobil rabitə və Wi-Fi vasitəsilə məlumatların ötürülməsinə mane olmur.
Qeyd edək ki, "Galaxy S25 Edge"nin aprel və ya may aylarında buraxılacağı gözlənilir.
Türkan İsgəndərli
tag: Samsung, Smartfon, İstehsal ,Telefon, todaypress.az,