"Samsung" ən yeni televizoru təqdim etdi
Cənubi Koreyanın “Samsung” korporasiyası 8K təsvir ölçüsünə malik “QLED” televizorlarının satışına başlayıb.
TodayPress xəbər verir ki, bu barədə şirkətin ABŞ-dəki saytında məlumat verilib.
Bildirilib ki, yeni “Neo QLED” televizorları 4K və 8K təsvir ölçüsündə təqdim olunur.
“QN90F”nin 98 düym diaqonallı ən bahalı 4K versiyası 15 min dollara başa gəlir.
98 düymlük ekranı olan ən bahalı 8K televizoru “QN990F” isə 40 min dollar dəyərində qiymətləndirilib.
Şirkət həmçinin qeyd edib ki, onlar bazarda ən yüksək görüntü keyfiyyətinə malik cihazlar təklif edirlər. “Quantum Matrix Mini LED” əsaslı televizorlar “NQ8 AI Gen3” prosessoruna malikdir və süni intellektə (AI) əsaslanan “Samsung Vision AI” şəkil keyfiyyətinin yaxşılaşdırılması texnologiyasını dəstəkləyir.
Bundan əlavə televizorlarda hərəkət edən obyektlərin konturlarını hamarlaşdıran “AI Motion Enhancer Pro” var. Televizor 240 Hz yeniləmə sürətini dəstəkləyir.
Bütün modellərə “Dolby Atmos” surround səs texnologiyası ilə dinamiklər daxildir.
Aysel Mətləb
tag: Samsung,Televizor,Qled 8K,Təqdimat,Todaypress.az,