"Rutube" Türkiyədə platformanın bloklanmasını inkar edir
"Rutube" Rusiya milli videohostinqi Türkiyədə bloklanmayıb, bu məlumat doğru deyil.
TodayPress xəbər verir ki, bu barədə platformanın mətbuat xidməti məlumat yayıb.
"Bu məlumat doğru deyil, "Rutube" Türkiyədə işləyir. Çətinliyiniz yerli provayderlərin işinin xüsusiyyətləri ilə bağlı ola bilər" deyə bildirilib.
Qeyd edək ki, bir neçə saat əvvəl Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) ölkədə Rusiya videohostinqi “Rutube”un bloklandığını açıqlayıb.
Töhfə Səməd
tag: Rutube,Türkiyə,Platforma,Blok,İnkar,Todaypress.az,