Rusiya, Azərbaycan və 11 ölkə Ayda birgə stansiya quracaq
Rusiya və Çin Ayda beynəlxalq elmi stansiya yaratmaq üçün birgə layihə üzərində çalışır.
TodayPress xəbər verir ki, bu barədə Roskosmos rəhbəri Dmitri Bakanov məlumat verib
Onun sözlərinə görə, bu təşəbbüsə artıq 13 ölkə, o cümlədən Azərbaycan, Belarus, Pakistan, Cənubi Afrika, Misir, Tailand, Efiopiya və digər ölkələr qoşulub.
Layihənin məqsədi Ayda tədqiqat aparmaq və gələcək kosmik əməkdaşlıq üçün dayaq nöqtəsi yaratmaqdır. BRİKS ölkələri bu çərçivədə birgə kosmik təhsil proqramları keçirməyi də planlaşdırır.
Türkan İsgəndərli
tag: Rusiya,Çin,Azərbaycan,Ay,todaypress.az,