Rusiya Aya kosmik aparat göndərəcək
Rusiya gələcək illərdə Aya altı avtomatik kosmik aparat göndərməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə Roskosmos rəhbəri Dmitri Bakanov məlumat verib.
O bildirib ki, bu missiyalara həm Ayın orbitindən tədqiqat aparacaq kosmik gəmilər, həm də səthə enəcək aparatlar daxildir. Orbital missiyalar "Luna-26" və "Luna-29" adlanır. Ayın səthinə enməsi planlaşdırılan aparatlara isə "Luna-27 No1" və "No2", "Luna-28" və "Luna-30" daxildir.
Türkan İsgəndərli
tag: Rusiya,Ay,Kosmik aparat,Roskosmos,todaypress.az,