Rəqəmsal transformasiya əmək məhsuldarlığını 30 %-dək artıracaq

İKT

05.03.2025 11:18

1387

Azərbaycanda 650-dən çox şirkət Sənaye 4.0 proqramından keçəcək.

TodayPress xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov brifinqdə bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində şirkətlər üçün rəqəmsal transformasiya yol xəritəsi hazırlanacaq: “Beləliklə, 650 şirkət rəqəmsal transformasiya, yəni Sənaye 4.0 prosesindən keçəcək”.

F. Cəfərov vurğulayıb ki, Sənaye 4.0 platformasının təşkilatlara müsbət təsiri olacaq. Bu yanaşma anbar xərclərini 20-40 % azaldacaq, əmək məhsuldarlığını isə 15-30 % artıracaq.

Töhfə Səməd

tag: 4SİM,Azərbaycan,Fariz Cəfərov ,650 şirkət,Todaypress.az,