Qatlanabilən noutbuk təqdimat zamanı QIRILDI
Sosial şəbəkələrdə "Lenovo"nun qatlanabilən noutbukunun təqdimat zamanı sındığını göstərən video yayılıb.
TodayPress xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Belə ki, cihazın imkanlarının nümayişi zamanı displeyin aşağı yarısı yöndəmsiz şəkildə qatlanıb və qaralmağa başlayıb.
Şərhçilər baş verənlərə ironik yanaşıblar.
"Ən etibarlı "Lenovo" modeli", “məhsul təqdim olunan kimi uğursuz oldu”, "cihazın keyfiyyətini və etibarlılığını bəyəndim", "həqiqətən də qırılmaz imiş" deyə kinayəli şərhlər yazılıb.
Təqdimat zamanı "Lenovo" noutbukun nə vaxt satışa çıxarılacağını dəqiqləşdirməyib.
Töhfə Səməd
tag: Lenovo,Qatlanan,Noutbuk,Qırılma,Todaypress.az,