“OpenAI”nin aktiv istifadəçi sayı 400 milyona çatdı

İKT

21.02.2025 19:45

1934

Fevral ayında “OpenAI” xidmətlərindən həftəlik aktiv istifadəçilərin (WAU) sayı dekabr ayı ilə müqayisədə 33% artaraq 400 milyona çatıb. 

TodayPress xəbər verir ki, bu barədə şirkətin baş əməliyyat direktoru Bred Laytkep “CNBC”yə müsahibəsində bildirib.

Laytkepin sözlərinə görə, sentyabr ayından etibarən ödənişli biznes istifadəçilərinin sayı iki dəfə artaraq 2 milyona çatıb. O, qeyd edib ki, bir çox işçilər “ChatGPT”ni fərdi istifadə etdikdən sonra onu öz işəgötürənlərinə tövsiyə edirlər.

“Uber”, “Morgan Stanley”, “Moderna” və “T-Mobile” “OpenAI”nin ən böyük korporativ müştəriləri sırasındadır.

Son altı ay ərzində “OpenAI”nin tərtibatçı trafikinin həcmi ikiqat artıb, xüsusilə “o3” modelinə tələbat beş dəfə yüksəlib. Tərtibatçılar “OpenAI” xidmətlərini öz tətbiqlərinə inteqrasiya edir. Laytkep bu tendensiyanı “Amazon”un 20 il əvvəl inkişaf etdirdiyi bulud xidmətlərinə bənzədib.

Qiymət Mahir

tag: OpenAI,WAU,Bred Laytkep,ChatGPT,Todaypress.az,