“Nissan” yeni minivanını təqdim edəcək
“Nissan Motor” yaxın zamanda tamölçülü “Elgrand” minivanının dördüncü nəsil modelini təqdim edəcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Drom.ru” məlumat yayıb.
Yayımlanan tizer fotolarda avtomobilin ön hissəsinin mürəkkəb forması, ön bamperin çıxıntılı alt hissəsi və “piksel” tipli LED faralar nəzərə çarpır. Eyni zamanda, gündüz işıqları və arxa fənərlər üfüqi zolaqlar şəklində dizayn edilib.
Yeni “Elgrand” modeli geniş modifikasiya çeşidində təklif olunacaq. Baza versiya üçün üçüncü nəsil “e-Power” ardıcıl hibrid ötürmə sistemi nəzərdə tutulub. Bu sistemdə mühərrik və invertor birləşdirilərək çəkini və səs səviyyəsini azaldır.
Hazırda istehsalda olan “E52” nəsli 2014-cü ildən bəri modernizasiya edilərək təqdim olunur. O, 2.5 və 3.5 litr həcmli benzin mühərrikləri, CVT variator və qabaq və ya tam ötürücü ilə təchiz edilir.
Qiymət Mahir
tag: Nissan,Avtomobil,Minivan,Təqdim,todaypress.az,