Müştərilər "iPhone"a qarşı

İKT

21.04.2025 19:00

12

Oğurlanan "iPhone"ların sahibləri "Apple"dan şəxsi məlumatlarını geri qaytarmağı tələb edirlər. 

TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" yazıb.

Məlumata görə, "iPhone" oğurlandıqdan və parol dəyişdirildikdən sonra cihazda və "iCloud" buludunda saxlanan məlumatlara yenidən çıxış əldə etmək demək olar ki, mümkün olmur. Bu səbəbdən bir çox istifadəçi şirkətdən öz "rəqəmsal həyatlarını" qaytarmağı tələb etməyə başlayıb.

Bu kimi hallar kibertəhlükəsizlik və şəxsi məlumatların mühafizəsi baxımından böyük müzakirələrə səbəb olub. "Apple" isə təhlükəsizlik prinsiplərinin istifadəçilərin məxfiliyini qorumaq üçün hazırlandığını bildirib.

Türkan İsgəndərli

tag: iPhone,Apple,iCloud,Müştərilər,todaypress.az,