“Microsoft”un yeni yanaşması: “Söndür-yandır düzələcək”
İKT
20.07.2024 17:38
“Microsoft” şirkəti “CrowdStrike” xidmətində yaranan qlobal fasiləni həll etmək üçün qeyri-adi üsul tapıb.
TodayPress xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
Belə ki, kompüteri on dəfədən çox yeniləməklə, yaranmış problemləri həll etmək mümkün olub. “Microsoft” bu metodun həqiqətən işlədiyini bəyan edib.
“The Verge”da qeyd edilib ki, “söndür, yenidən yandır düzələcək” məsləhəti artıq dünyada məşhur deyimə çevrilib. Ən böyük İT nasazlıqlarının sadəcə söndürüb və yandırma ilə aradan qaldırılması isə heyrətamizdir.
Qeyd edək ki, qlobal “CrowdStrike” xidmətinin kəsilməsi bütün dünya üzrə banklara, aviaşirkətlərə və media orqanlarına təsir edib.
Günəş Mərd
tag: Microsoft, Proqram, Kompüter, Nasazlıq, Qlobal, todaypress.az,