“Microsoft” daxili sistemini dəyişdi
İKT
23.08.2024 10:14
“Microsoft” “Windows 11”də idarəetmə panelindən imtina edib.
TodayPress xəbər verir ki, bu barədə “Neowin” portalı məlumat yayıb.
“Biz İdarəetmə Panelini ona görə ləğv edirik ki, müasir və sadələşdirilmiş təcrübə təklif edən “Parametrlər” bölməsi daha rahat istifadə edilə bilsin. İdarəetmə Paneli hələ də işlək vəziyyətdədir. Proseslər başa çatdıqdan sonra İdarəetmə Paneli bütün “Windows 11”lərdən silinəcək” deyə “Microsoft” rəsmiləri bildirib.
Töhfə Səməd
tag: Microsoft,Windows 11,Panel, Proseslər, todaypress.az,