"Meta" üzr istədi
Amerikanın "Meta" korporasiyası qeyri-etik məzmunun kütləvi nümayişinə görə üzr istəyib.
TodayPress xəbər verir ki, bu barədə "CNBC" telekanalı məlumat yayıb.
Bildirilib ki, "Meta" bir çox "Instagram"da "Reels" bölməsində tövsiyə olunan videolar arasında şiddətli və açıq-saçıq məzmuna məxsus videoların yayılmasının qarşısını alıb.
"Biz istifadəçilərin "Reels" lentində onlara tövsiyə edilməməli olan məzmunu görməsi ilə bağlı problemi həll etdik. Bu səhvə görə üzr istəyirik" deyə korporasiya bəyanat yayıb.
Bəzi istifadəçilər, hətta "məzmun təhlükəsizliyinə nəzarət" funksiyası aktiv olsa belə, oxşar videoların onların lentlərində göründüyünü bildirib.
Qeyd edək ki, "Meta"nın siyasəti istifadəçiləri zorakılıq görüntülərindən və ya açıq-saçıq səhnələrdən qorumaq üçün işləməyə davam etməkdir. Bununla belə, korporasiya "insan hüquqlarının pozulması, silahlı münaqişələr və ya terror aktları kimi mühüm məsələləri qınamaqda və ya maarifləndirməkdə köməklik göstərdiyi" halda belə məzmunlu bəzi videoların nümayişinə icazə verir. Bu zaman müvafiq xəbərdarlıq mesajları görünə bilər.
Töhfə Səməd
tag: Amerika,Meta,Instagram,Reels,todaypress.az,