Məşhur şirkət süni intellektə milyardlarla sərmayə qoyacaq
Çinin "Honor" korporasiyası süni intellektin (AI) öyrənilməsinə və onun smartfonlarına inteqrasiyasına sərmayə qoyacaq.
TodayPress xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ceyms Li bildirib.
Onun sözlərinə görə, "Honor" süni intellektlə işləyən telefonların buraxılmasına ciddi yanaşır. Buna görə də şirkət qarşıdakı beş il ərzində süni intellekt seqmentinə 10 milyard dollar sərmayə qoyacaq.
Direktor vurğulayıb ki, korporasiya ilk “ağıllı smartfon” cihaz yaratmaq niyyətindədir.
O, həmçinin qadcet istehsalçılarını süni intellektin tədqiqi sahəsində əməkdaşlığa çağırıb.
Türkan İsgəndərli
tag: Çin,Honor,AI,Ceyms Li ,todaypress.az,