“Mercedes-Benz” lüks minivanını təqdim etdi
“Mercedes-Benz” “Vision V” adlı yeni konseptini təqdim edib.
TodayPress xəbər verir ki, bu barədə “Motor.ru” məlumat yayıb.
Bu model gələcək “V-Class” minivanlarının “Maybach” versiyası üçün əsas ola bilər.
“Vision V” modeli “VAN.EA” elektrik platformasında hazırlanıb və VIP-şattl, ailə minivanı və lüks “limuzin” variantlarını əhatə edəcək. Salon 65 düymlük ekran, 42 dinamikli “Dolby Atmos” səs sistemi, nappa dərisi, ipək və taxta elementlərlə təchiz olunub.
Avtomobil portal tipli sürüşkən qapı, işıqlandırılmış alt pillə və tənzimlənən elektroxrom şüşə ilə fərqlənir. Satış 2026-cı ilə planlaşdırılıb.
İlk mərhələdə “SAE Level 2”, onilliyin sonuna isə “SAE Level 4” avtopilot sistemləri təqdim ediləcək.
Qiymət Mahir
tag: Mercedes-Benz,Vision V,Maybach, Minivan,todaypress.az,