Mask: ""X" sosial şəbəkəsinə genişmiqyaslı hücum var"
"X" sosial
şəbəkəsinə kütləvi kiberhücum olub.
TodayPress xəbər verir ki, bu barədə amerikalı iş adamı
İlon Mask açıqlama yayıb.
"X"ə genişmiqyaslı kiberhücum olub və hələ də
davam edir. Bizə hər gün hücum edirlər, amma bu hücum əhəmiyyətli resurslardan
istifadə edilməklə həyata keçirilib. Hücumda ya iri, koordinasiya edilmiş qrup,
ya da bütöv bir ölkə iştirak edir. İzləyirik" Mask qeyd edib.
tag: Mask, X, Sosial Şəbəkə, Kiberhücum, todaypress.az,