Mask minlərlə robot buraxacaq
İKT
03.02.2025 17:33
Amerikalı sahibkar İlon Mask 2025-ci ilin sonuna kimi 10 min robot istehsal etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Elektrek” nəşri məlumat yayıb.
Mask "Tesla"nın son maliyyə hesabatı zamanı bildirib ki, şirkətin ilin sonuna kimi 10 min robot istehsal etmək planları var. Bununla belə, o, bunun mümkün olacağına əmin deyil.
İlon Mask həmçinin "Tesla" fabriklərində yaradılan "Optimus" robotlarının bir çox işi yerinə yetirə və faydalı ola biləcəyini vəd edib. Sahibkarın proqnozuna görə, gələcəkdə korporasiya ildə 100 milyon robot istehsal etmək niyyətindədir.
İnvestorlarla görüş zamanı Mask qeyd edib ki, "Tesla" ayda min "Optimus" robotu istehsal etmək üçün nəzərdə tutulmuş konveyer xəttini layihələndirir. Tesla rəhbərinin sözlərinə görə, robotun dəyəri ildə 1 milyon ədəd istehsal olunarsa, 20 min dollar təşkil edəcək.
Töhfə Səməd
tag: IlonMask,Tesla,Optimus,robot,todaypress.az,