Mask Marsa insanabənzər robot göndərəcək
İş adamı və "SpaceX"in qurucusu İlon Mask 2026-cı ildə insanabənzər robotu Marsa göndərməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ilk göndərilən robot "Optimus" olacaq.
Həmçinin Mask qeyd edib ki, əgər bu uçuş uğurlu olarsa, 2030-cu ilə qədər insanları Marsa göndərmək mümkün olacaq.
Qeyd edək ki, bundan əvvəl İlon Maskın şirkəti "Neuralink" insan düşüncəsi ilə idarə edilən robot qol hazırlayıb.
Türkan İsgəndərli
tag: Mask,Robot,Optimus,Mars,Todaypress.az,