“Lenovo” dünya “PC” bazarının lideri oldu

İKT

23.04.2025 11:30

9

2025-ci ilin ilk üç ayında Çin korporasiyası “Lenovo” qlobal kompüter bazarında 25 faizlik payla liderliyini qoruyub. 

TodayPress xəbər verir ki, bu barədə “Counterpoint Research” hesabatında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artım deməkdir.

Satış həcminə görə ikinci yerdə 21 faiz payla “HP”, üçüncü yerdə isə 16 faizlə “Dell” qərarlaşıb. Bu göstəricilər bir il öncə ilə dəyişməz qalıb. “Apple” və “Asus” isə müvafiq olaraq 10 və 6 faiz payla ilk beşliyi tamamlayıb.

Bütün əsas brendlər ötən ilə nisbətən satışlarını artırıb. Ən çox artım 17 faizlə “Apple”da müşahidə olunub. Bu, şirkətin “M4” prosessorlu “MacBook” seriyasının bazarda uğurlu təqdimatı ilə əlaqələndirilir.

Ümumilikdə, “PC” bazarında satışlar illik hesabla 6,7 faiz artaraq 61,4 milyon ədəd texnika səviyyəsinə çatıb. Artımın əsas səbəbləri kimi ABŞ-də gömrük rüsumlarının tətbiqi ilə bağlı gözləntilər və “Windows 10”un dəstəyinin başa çatması fonunda “Windows 11”ə keçidlə bağlı tələbin artması göstərilir.

Qiymət Mahir

tag: Çin,Lenovo,Texnologiya,Apple,todaypress.az,