İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə süni intellekt texnologiyası tətbiq ediləcək

İKT

05.03.2025 11:11

1535

“Bu ildən etibarən İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə süni intellekt texnologiyası tətbiq edilməsinə başlanılacaq”. 

TodayPress xəbər verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov brifinqdə deyib. 

Onun sözlərinə görə, bu texnologiya gələn zənglərin sayından asılı olmayaraq, onların təhlil edilməsinə imkan yaradacaq.   

“İnsanların fiziki cəhətdən bunu anında təhlil edib cavablandırması bir qədər vaxt alırdı. Həmçinin sonda bot da yerləşdirəcək ki, insanlar şablon məlumatları dərhal ala bilsin. Yeni dövrə inteqrasiya olmaq və inkişaf üçün süni intellekt şərtdir”.      

Töhfə Səməd

tag: Fariz Cəfərov,İqtisadiyyat Nazirliyi,4SİM,Yeni dövr,Todaypress.az,