"iPhone"un yeni modeli ilə bağlı məlumatlar sızdırıldı

İKT

02.02.2025 09:15

825

Nüfuzlu insayder "Billbil-kun" yeni "iPhone SE 4"ün görünüşü haqqında məlumat paylaşıb.

TodayPress xəbər verir ki, bu barədə "Dealabs" məlumat yayıb. 

Cihazın cari ilin aprelində buraxılması planlaşdırıldığı iddia edilir.

Məlumata görə, "iPhone SE 4" ekranı "iPhone 14", "13" və "13 Pro" modelləri ilə eyni ölçüdə olacaq.

Ümumilikdə, yeni cihazın dizaynı əvvəlki "Apple" smartfon modellərinə bənzəyəcək.

tag: Billbil-kun,iPhone,SE ,Apple,todaypress.az,