"iPhone SE"nin buraxılış tarixləri məlum oldu
İKT
09.01.2025 12:46
"Apple" apreldə yeni nəsil ucuz "iPhone SE" smartfonunu təqdim edəcək.
TodayPress xəbər verir ki, bu barədə tanınmış insayder Mark Qurman öz "X" sosial şəbəkəsində məlumat verib.
Qurmanın sözlərinə görə, yeni "iPhone SE" iOS 18.3 əsasında hazırlanır. Əməliyyat sisteminin yenilənməsi apreldə baş tutacaq ki, təxminən eyni vaxtda "Apple" smartfonunu təqdim etməyi planlaşdırır.
Mütəxəssis "iPad 11" planşetinin buraxılış tarixlərini də açıqlayıb. Cihaz "iPadOS 18.3"ün buraxılışı ilə birlikdə aprel ayında görünməlidir.
Mark Qurman "SE"nin xüsusiyyətlərini təsdiqləməyib. Lakin hələ payızda insayderlər bildirmişdilər ki, smartfon "OLED" ekrana, "iPhone 14" üslubunda dizayna, "A18" prosessoruna, 8 giqabayt operativ yaddaşa və ən azı 128 giqabayt daxili yaddaşa malik olmalıdır.
Töhfə Səməd
tag: İPhone, SE, Smartfon, Buraxılış, todaypress.az,