“iPhone” satışları azaldı

İKT

31.01.2025 17:53

ABŞ-nin texnologiya nəhəngi “Apple” şirkəti smartfon satışlarının azalması ilə mübarizə aparsa da, bir il əvvələ nisbətən gəlir mənfəətinin 7 faiz artmasına nail olub.

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

2024-cü ildə “Apple” yeni süni intellekt xüsusiyyətlərini təqdim etdikdən sonra smartfon satışlarının yüksək gəlir əldə edəcəyini təxmin edib.

Satışlar isə gözləntilərin əksinə ümidləri doğrultmayıb.

Yanvarın 31-də bildirilib ki, şirkət 2024-cü ildə 69,14 milyard dollar dəyərində “iPhone” satıb və bu, bir il əvvəlki ilə müqayisədə 0,8 faiz aşağıdır.

Dekabrda başa çatan illik satış dövründə “Apple”ın ümumi gəliri 7 faiz artaraq 124,3 milyard dollara çatıb.

“Apple”ın digər iki əsas məhsulu olan “iPad” və “Mac” satışlarının artdığı, lakin “Apple Watch” və “AirPods” kimi geyilə bilən cihazların satışının azaldığı bildirilib.

Şirkətin adı çəkilən məhsullardan gəliri 1,6 faiz artaraq 28.82 milyard dollara çatıb.

2024-cü il ərzində ümumi məhsul gəliri 97.96 milyard dollar təşkil edib.

Nicat Osman

tag: ABŞ,Apple,Satış,The New York Times,iPhone,Todaypress.az,