"iPhone" düşüncə ilə idarə oluna biləcək

İKT

13.05.2025 20:10

19

"Apple" neyrotexnologiya startapı "Synchron" ilə birlikdə, "iPhone"un beyin siqnalları ilə idarəsini mümkün edəcək funksiyanı hazırlayır. 

TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bildirilir ki, texnologiya motor pozuntuları olan insanlara səssiz və əlsiz cihazları idarə etməyə imkan verir.

"Stentrode" adlı implant beynin qan damarına yerləşdirilən 16 elektroddan ibarətdir və boyun damarından daxil edilir.

Artıq bəzi istifadəçilər bu implantla "Apple Vision Pro" kimi cihazları idarə etməyi bacarıb.

Qeyd edək ki, "Apple" bu texnologiyanı 2025-ci ilin sonuna qədər cihazlarında dəstəkləməyi planlaşdırır.

Türkan İsgəndərli

tag: İphone,Apple,İstehsal,Düşüncə,todaypress.az,