"iPhone" bahalaşacaq
"Apple" ABŞ prezidenti Trampın tətbiq etdiyi yeni tariflərə cavab olaraq öz smartfonlarının qiymətlərini artıra bilər.
TodayPress xəbər verir ki, bu barədə tanınmış insayder Ming-Çi Ko bildirib.
Onun sözlərinə görə, şirkətin təsisçisi Tim Kuk xərcləri kompensasiya etmək və mənfi təsirləri azaltmaq üçün bu yol əl atacaq.
İnsayder əlavə edib ki, qiymət artımı "iPhone Pro" seriyalı cihazlarda görüləcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ hökumətinin bir çox ölkədən idxala tariflər tətbiq edilməsi barədə qərar qəbul edib.
Türkan İsgəndərli
tag: İphone,Qiymət,Artım,Bahalaşma,Todaypress.az,