"iPhone 17" seriyasının dizaynı və ölçüləri açıqlandı
Nüfuzlu insayder "Sonny Dixon" 4 "iPhone 17" modelinin maketlərinin fotolarını dərc edərək onların ölçülərini və əsas xüsusiyyətlərini açıqlayıb.
TodayPress xəbər verir ki, yeni şəkillər əvvəllər sızdırılmış dizaynı təsdiqləyib.
"iPhone 17", "17 Air", "17 Pro" və "17 Pro Max"ın ölçüləri müvafiq olaraq belədir:
"iPhone 17" – 149,6 × 71,4 × 7,9 mm
"iPhone 17 Air" – 156,1 × 74,7 × 5,6 mm
"iPhone 17 Pro" – 149,6 × 71,4 × 8,7 mm
"iPhone 17 Pro Max" – 163 × 77.5 × 8.7 mm
Bildirilib ki, "iPhone 17 Air" cəmi 5,6 mm qalınlığında "Apple" tarixində ən nazik smartfon olacaq.
Seriyadakı modellərin əksəriyyəti yeni dizayn olsa da, "iPhone 17" dəyişməz olaraq qalıb.
İnsayderlərin fikrincə, modellər müxtəlif kamera konfiqurasiyalarına malik olacaq:
"iPhone 17 Air" – tək kamera
"iPhone 17" – ikili kamera
"iPhone 17 Pro" və "17 Pro Max" – 48 MP sensorlu üçlü kamera
Bundan əlavə, "iPhone 17 Air"də stereo sistem əvəzinə monodinamikin olacağı gözlənilir.
Flaqman modelləri maksimum performans təmin edəcək "Apple A19" və "A19 Pro" prosessorlarını (modeldən asılı olaraq) alacaq.
Qeyd edək ki, "iPhone 17"nin rəsmi təqdimatı 2025-ci ilin payızına planlaşdırılıb.
Çox güman ki, seriyada “Apple” tarixinin ən nazik smartfonu, eləcə də kamera keyfiyyətində əhəmiyyətli təkmilləşdirmələr olacaq.
Töhfə Səməd
tag: ABŞ,Apple,İphone,Model,Seriya,Todaypress.az,