"iPhone 17 Air"in maketi yayımlandı
Nüfuzlu insayder "Majin Bu" öz "X" səhifəsində "iPhone 16 Pro Max"ın müqayisəli fotolarını və ultra nazik korpusa malik gələcək "iPhone 17 Air"in maketini dərc edib.
TodayPress xəbər verir ki, dərc edilmiş şəkillərə əsasən, "iPhone 17 Air" sol tərəfdə tanış idarəetmə elementləri olan səs tənzimləyicisi və hərəkət düyməsini saxlayacaq.
Lakin gələcək smartfonun kamera idarəetmə düyməsini saxlayıb-saxlamayacağı məlum deyil.
Eyni zamanda, fotodan da görünür ki, kilid düyməsi toxunuşa həssas olacaq.
İddialara görə, "iPhone 17 Air"in korpus qalınlığı cəmi 5,5 mm olacaq ki, bu da yeni məhsulu ən nazik "Apple" smartfonu edəcək.
Cihazın uzunluğu və eni "iPhone 17 Pro Max"ın ölçülərinə bənzəyəcək - müvafiq olaraq təxminən 163 mm və 77,6 mm. Smartfona dar çərçivəli 6,9 düymlük "OLED" displey, yeni "A19" çipi, 48 MP təsvir ölçülü bir arxa kamera və mono dinamik daxildir. Bu isə smartfonu son illərdə iki dinamiki olmayan yeganə flaqman edəcək.
Cihazın qiyməti, iddialara əsasən, təxminən 1300 dollar olacaq.
Töhfə Səməd
tag: Apple,iPhone17 Air,Nazik,Smartfon,Todaypress.az,