"iPhone 16"nın görüntüləri yayıldı

İKT

01.08.2024 14:51

Ənənəvi olaraq, yayın ikinci yarısında yeni "iPhone" modelləri haqqında daha çox təfərrüat ortaya çıxır.

TodayPress bildirir ki, tanınmış texnologiya müşahidəçisi və insayder Sonni Dikson qarşıdan gələn "iPhone 16"nın maketlərinin fotolarını dərc edib.

Əgər maketlər aktual olarsa, "iPhone 16" və "iPhone 16 Plus" beş rəngdə olacaq: Ağ, qara, mavi, yaşıl və çəhrayı. Pro versiyalarına gəlincə, keçən ildə olduğu kimi, burada istifadəçiləri sürprizlər gözləyə bilər.

"iPhone 16"nın təqdimatı sentyabrın birinci yarısında gözlənilir.

tag: İphone-16,Texnologiya, Modellər, Versiya, todaypress.az,