“iPhone 16e” satış rekordu qırdı
“iPhone 16e” smartfonunun satışı yüzdə 60 % daha uğurlu olub.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Buna səbəb "iPhone 16e"nin ən ucuz "Apple" smartfonu olmasıdır.
Belə ki, onun dəyəri 599 dollardır. Eyni zamanda telefon OLED displey, ön düyməsiz dizayn, müasir prosessora malikdir və "Apple Intelligence" neyron şəbəkəsi ilə işləməyi dəstəkləyir.
Smartfona tələbat çox olsa da, istifadəçiləri "Bluetooth" vasitəsilə səsin ötürülməsində problem yaşadıqlarını bildiriblər. Şirkət şikayətlərlə bağlı problemin üzərində işlədiyini açıqlayıb.
Türkan İsgəndərli
tag: İphone-16,Texnologiya, Modellər, Versiya, todaypress.az,