İnformasiya və rabitə sektorunun gəlirləri 10% artdı

İKT

17.03.2025 15:15

2526

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 554 milyon manat dəyərində xidmət göstərib.

Bu barədə TodayPress-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6% çoxdur.

İki ayda göstərilən xidmətlərin 70%-ni əhali istehlak edib.

Xidmətlərdən əldə edilən gəlirin 35,2%-i və ya 194,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

tag: Dövlət Statistika Komitəsi,İnformasiya,Rabitə,Sektor,Gəlir,Artım,Todaypress.az,