Günəş enerjisi ilə işləyən smartfon hazırlandı
Çinin “Infinix” korporasiyası enerji yığmaq üçün günəş enerjisindən istifadə edən smartfonu nümayiş etdirib.
TodayPress xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.
Məlumata görə, cihaz Barselonada keçirilən “MWC 2025” sərgisində təqdim edilib. Qurğunun arxa hissəsində günəş paneli var. Mövcud texnologiya cihazı maksimum 2 vatt gücündə doldurmağa imkan verir.
Şirkət həmçinin daxili günəş paneli olan xüsusi telefon qabını da təqdim edib.
Aksessuar "Infinix" smartfonlarına uyğun gəlir və konnektor vasitəsilə alternativ enerji təmin edə bilir.
Türkan İsgəndərli
tag: Çin,“Infinix” ,Günəş enerjisi,Smartfon,todaypress.az,