"GTA IV" müasir konsollar üçün yenidən buraxılacaq
"Rockstar Studios" məşhur "Grand Theft Auto IV" oyununu "PlayStation 5" və "Xbox Series" üçün yenidən buraxmağa hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə tanınmış insayder "Tez2" məlumat verib.
Onun sözlərinə görə, remaster üzərində işlər əvvəldən planlaşdırılsa da, buraxılış gecikib. İndi oyun 2025-ci ilin sonuna qədər təqdim olunacaq.
Qeyd edək ki, "GTA IV" ilk dəfə 2008-ci ildə buraxılıb və oyunun əsas qəhrəmanı Şərqi Avropadan olan immiqrant Niko Belikdir.
Türkan İsgəndərli
tag: GTA,Oyun,Maşın,Xbox,todaypress.az,