“Google Pixel” istifadəçiləri zəngli saatdan şikayət edir

İKT

27.03.2025 12:36

2355

Android əməliyyat sistemində quraşdırılmış zəngli saat tətbiqi bir sıra “Google Pixel” istifadəçilərində düzgün işləməməyə başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə “9to5Google” nəşri yazıb. 

Sosial şəbəkələrdə müxtəlif modellərdən istifadə edən bir neçə şəxs bu problemə etirazını bildirib. İlk şikayətlər mart ayının ortalarında “Reddit” platformasında yayılıb və müvafiq paylaşım bir həftə ərzində təxminən 400 “like” toplayıb. 

İstifadəçilərdən biri “Pixel 9” modelində zəngli saatın işə düşmədiyini və işə bir neçə dəfə gecikdiyini bildirib.

Sonradan digər istifadəçilər də bu problemin “Google Pixel” cihazlarında yaşandığını qeyd ediblər.  “9to5Google” şikayətləri təhlil edərək belə qənaətə gəlib ki, əksər hallarda zəngli saat ümumiyyətlə işə düşmür. Bəzi hallarda isə siqnal bir neçə saat gec səslənir. 

“Google” şirkəti hələlik problemlə bağlı rəsmi açıqlama verməyib. 

Qiymət Mahir

tag: Google Pixel,Zəngli,Saat,istifadəçi,Şikayət,Todaypress.az,