“Google” “Apple” ilə lağ etdi
İKT
15.08.2024 16:20
“Google” nümayəndələri “Made by Google” təqdimatı zamanı “Apple”ın süni intellekt (AI) təşəbbüslərini tənqid ediblər.
TodayPress xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
Avqustun 13-də “Google”un yeni “Pixel 9” smartfonlarını nümayiş etdirərkən şirkət nümayəndələri rəqabət qabiliyyətli məhsullar fonunda öz neyron şəbəkəsinin üstünlüklərindən danışıblar. Analitiklərin fikrincə, “Google” bununla “Apple” xidmətlərini ələ salmış olub.
Tədbirdə “Gemini” neyron şəbəkəsinin bütün dünyada və 45 dildə mövcud olduğu ortaya çıxıb. Müqayisə üçün qeyd edək ki, “Apple Intelligence” hələ sentyabr ayında öz işinə başlayacaq və ilkin olaraq yalnız ABŞ-də ingilisdilli istifadəçilər üçün fəaliyyət göstərəcək.
Töhfə Səməd
tag: Google, Pixel9,Made by Google,Apple Intelligence, todaypress.az,