Fariz Cəfərov 4SİM-in əsas istiqamətlərini açıqladı
“Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərləkəzinin strateji məqsədləri inqilabı Azarbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr sırasında yer almasının təmin olunmasıdır”.
TodayPress xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov brifinqdə deyib.
Onun sözlərinə görə, Dünya İqtisadi Forumu və dördüncü sənaye inqilabı texnologiyaları sahəsində qabaqcıl mövqedə qərarlaşmış digər beynalxalaq təşkilat və şirkətlərlə, eləcə də xarici dövlətlərlə əməkdaşlıqların aparılması, qlobal arenada uğurların təbliğat və təşviqat işlərinin aparılması 4SİM-in əsas istiqamətlərindəndir.
“Azərbaycan MDB məkanında Dünya İqtisadi Forumuna ev sahibliyi edən ilk ölkədir. Bundan başqa, 4SİM-in 30-dan çox beynəlxalq tərəfdaşları var ki, onların arasında “Google”, “Tik-Tok”, “Coursera” kimi platformalar mövcuddur”.
Töhfə Səməd
tag: Fariz Cəfərov,Dördüncü Sənaye İnqilabı,Dünya İqtisadi Forumu, 4SİM,Todaypress.az,