Ən etibarsız beş elektromobil
“What Car” avtomobil portalı ən etibarsız elektromobilləri təyin etmək məqsədilə avtomobil sahibləri arasında sorğu keçirib.
TodayPress xəbər verir ki, bu barədə portal özünün sosial şəbəkə hesablarında məlumat yayıb.
Avtomobillər 100 ballıq sistemlə qiymətləndirilib.
Avtomobil bazarında ən etibarsız elektrik avtomobili 2022-ci ildən istehsal olunan “MG4 EV” olub.
Respondentlərin 63,8%-i avtomobili uğursuz qiymətləndiriblər.
İkinci yeri “Vauxhall Corsa Electric” tutur.
Onun etibarsızlıq reytinqi 72,2% təşkil edib və sorğuda iştirak edənlərin 25%-i avtomobildəki nasazlıqlardan şikayətləniblər.
Üçüncü yerdə 76,2% etibarsızlıq reytinqi ilə “Porsche Taycan” qərarlaşıb. 58%-i sürücü onda problemlərlə üzləşib.
Bundan başqa 2021 model “Hyundai Ioniq 5” və 2016 model “Hyundai Ioniq” modelləri etibarsız avtomobillər siyahısına daxil edilib.
Bu modellərin etibarsızlığı müvafiq olaraq 83,9% və 84,5% səviyyəsində qiymətləndirilib.
Nicat Osman
tag: Avtomobil,Sorğu,Hyundai,Porsche,Todaypress.az,