Elektrikli avtomobil satışları 18% artdı

İKT

12.02.2025 16:53

1762

2025-cü ilin yanvarında dünya üzrə elektrikli avtomobil satışları 18% artıb.

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Avropa və ABŞ-də avtomobil satışları, ilk dəfə olaraq Çini geridə qoyub. 

Avropada, “CO2” emissiya hədəflərinin təsiri nəticəsində satışların artdığı qeyd olunub.

Bildirilib ki, yanvar ayında qlobal elektrikli avtomobil satışları 1,3 milyona çatıb və ümumilikdə 17,7% artıb. 

Çin bazarında satışlar 11,8% artaraq 0,07 milyon, Avropada isə 21% artaraq 0,25 milyon olub.

Fransa və Almaniyada satışlarda müvafiq vergi və subsidiyalardan asılı olaraq fərqli rəqəmlər qeydə alınıb. 

ABŞ və Kanadada isə avtomobil satışları 22,1% artaraq 0,13 milyon satışa çatıb.

Qeyd edək ki, qlobal satışlar dekabr ayı ilə müqayisədə 35% azalıb.

Nicat Osman

tag: Çin,Elektrikli avtomobil,Dünya,İKT,todaypress.az,