ƏƏSMN-nin 160 xidmətindən 145-dən çoxu rəqəmsallaşdırıldı

İKT

12.03.2025 16:05

2595

2018-ci ildən başlayaraq sosial sahədə geniş elektronlaşdırma proqramının icrası nəticəsində Nazirliyin 160 xidmətindən 145-dən çoxu rəqəmsallaşdırılıb, o cümlədən, 30-dan çox e-arayış xidməti, 55-dən çox proaktiv xidmət istifadəyə verilib.

TodayPress xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötən dövrdə ümumilikdə 1,6 milyard e-sorğu və müraciət qeydə alınıb, e-sistemlər üzərindən 1,1 milyon proaktiv təyinat həyata keçirilib.

tag: ƏƏSMN,Xidmət,Rəqəmsal,İnkişaf,Todaypress.az,