Dünyanın ən böyük gəmisi suda
Avstraliyanın Hobart limanında dünyanın ən böyük elektriklə işləyən gəmisi suya buraxılıb.
TodayPress xəbər verir ki, gəminin uzunluğu 130 metrdir və "Hull 096" adlanır.
Bu gəmi Cənubi Amerikanın bərə şirkəti tərəfindən sifariş edilib və Argentinanın Buenos-Ayres şəhəri ilə Uruqvay arasında La Plata çayı boyunca sərnişin və nəqliyyat daşımalarında istifadə olunacaq.
O, 2100 sərnişin və 225 avtomobil daşımaq gücünə malikdir.
"Hull 096" yalnız batareyalardan istifadə edir. Onların ümumi çəkisi 250 ton, enerji tutumu isə 40 meqavat-saatdan çoxdur. Gəmini istehsal edən şirkət bunu özlərinin ən mürəkkəb və vacib layihəsi adlandırıb.
Türkan İsgəndərli
tag: Avstraliya,Gəmi,Çay,Argentina,todaypress.az,