Dünyada ilk universal modul tipli PUA hazırlandı

İKT

13.05.2025 14:40

20

Moskva Aviasiya İnstitutunun mühəndisləri "F1" adlı yeni pilotsuz uçuş aparatı (PUA) hazırlayıblar. 

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

PUA modul dizaynı sayəsində müxtəlif tapşırıqlara uyğunlaşdırıla bilər

"F1" PUA-nın əsas xüsusiyyətləri arasında -40°C temperaturda işləyə bilməsi, 120 km məsafəyə qədər uçuşu təmin edən hibrid mühərrik və modullu dizaynı yer alır.

Bu, onu Rusiyanın çətin əldə edilə bilən bölgələrində xüsusilə faydalı edir. Təyyarə qatlanan dizayna malikdir və 5 dəqiqəyə işlək vəziyyətə gəlir. Onun maksimal uçuş sürəti 80 km/saatdır.

Qeyd edək ki, "F1" mayın 15-17-də "HeliRussia-2025" sərgisində nümayiş etdiriləcək.

Türkan İsgəndərli

tag: PUA,Rusiya,F1,Dron,todaypress.az,