Dövlət qurumlarını hədəf alan domen bloklandı

İKT

21.02.2025 12:14

1061

Ötən il dövlət qurumlarının adına yaradılan saxta domenlərin sayı 100-ə çatıb. 

TodayPress xəbər verir ki, bunu Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısında çıxışı zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. 

O qeyd edib ki, eyni zamanda bir ay əvvəl dövlət qurumlarının domenlərini hədəf alan govaz.am deyə saxta domen aşkarlanıb:

“Həmin domen də tərəfimizdən bloklanıb”.

Tural Məmmədov bildirib ki, ötən il bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyenaya riayət etməyib. Nəticədə 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumunun qurbanı olub.

tag: Sayt,Domen ,Hücum,Əməkdaş,Haker,Todaypress.az,