Dövlət qurumlarına kiberhücumların sayı 15 % artdı

İKT

02.04.2025 10:50

1282

Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 290 kiberhücum indikatoru (IOC) müəyyən edib.

TodayPress xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Kibertəhdidlərin 98-i daxili araşdırma, 192-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə martda isə 28 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 58 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 136,36 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 107 min 800, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 40 056 zərərverici tərkibli elektron sənəd blok edilib.

tag: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti,Dövlət Qurumu,Kiberhücum,Cəhd,Todaypress.az,