Çin nəhəng yanacaq çəni hazırladı
Çin gələcək Ay və Mars missiyaları üçün nəzərdə tutulan super ağır raketləri üçün böyük ölçülü yanacaq çəninin prototipini yaradıb.
TodayPress xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb.
Mütəxəssislər bildirir ki, diametri 10,6 metr, hündürlüyü 9 metr olan paslanmayan poladdan yanacaq çəni raket texnologiyasında mühüm irəliləyişdir.
Çən cəmi iki ay ərzində rəqəmsal texnologiyalarla hazırlanıb.
Bu inkişaf, Çinin təkrar istifadə oluna bilən "Long March 9" super-ağır raket layihəsinin bir hissəsidir. Raketin əsas məqsədi Çinin 2030-cu ilə qədər Ay səthinə astronavt endirmə planlarını həyata keçirməkdir.
Ay missiyası çərçivəsində iki astronavt Ay səthində hərəkət edəcək, elmi tədqiqatlar və təcrübələr aparacaq.
Türkan İsgəndərli
tag: Ay,Mars,Raket,Çən,todaypress.az,