BUNU MÜTLƏQ EDİN! Əks halda kiberhücumun qurbanı ola bilərsiniz

İKT

01.06.2024 15:43

Rəqəmsal texnologiyalar bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Smartfonlar, planşetlər, kompüterlər və s. İnternetə qoşula bildiyimiz bütün cihazlar bir çox sahədə əvəzolunmaz vasitədir. Təbii ki, bu texnologiyaların yayılması “kiber təhlükəsizlik” anlayışının əhəmiyyətini artırıb.  

TodayPress xəbər verir ki, kiberhücumların artdığı belə bir vaxtda ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) hakerlərin istifadəçilərin telefonlarını dinləmək və məlumatlarını ələ keçirmək üçün tez-tez istifadə etdiyi “sıfır klik” kimi tanınan kiberhücumdan qorunmaq üçün telefonların həftədə bir dəfə söndürülüb, yenidən yandırılmasını tövsiyə edib. Qeyd olunub ki, bu üsul həm də fişinq hücumlarından və zərərli proqram təhlükələrindən qorunmağa kömək edir.

Qeyd edək ki, “sıfır klik” kiberhücumu təcavüzkarlara heç bir şey etmədən istifadəçinin cihazına sızmağa imkan verir.

Günəş Mərd

tag: Kiberhücum, Texnologiya, Kompüter, Planşet, Təhlükəsizlik, Todaypress.az,