Britaniyada “TikTok” məhkəməyə verildi
Böyük Britaniyada “TikTok”
4 yeniyetmənin valideynləri tərəfindən məhkəməyə verilib.
TodayPress "BBC" yə
istinadla xəbər verir ki, valideynlər iddialarında övladlarının “Blackout
challenge” adlanan trendə qoşularkən öldüyünü qeyd ediblər.
Cümə axşamı
Amerika Sosial Media qurbanları Hüquq Mərkəzi uşaqların valideynləri adından
“TikTok”a qarşı qanunsuz ölüm iddiası qaldırıb. Şikayət ərizəsi 3 yeniyetmənin
anası, 1-nin atası adından verilib.
Bu iddialarda
ölümlərin “ByteDance”ın qəsdən bağımlılıq yaradan proqramlaşdırma dizaynı
əsasında” və “uşaqları “TikTok” ilə maksimum dərəcədə əlaqə qurmağa təhrik
etmək məqsədi” ilə həyata keçirildiyi bildirilir. Həmçinin “ByteDance”ın hər
bir uşaqda zərərli asılılıqlar yaratdığı və onları dayanmadan zərərlədiyi iddia
edilir.
tag: Britaniya, TikTok, Sosial Şəbəkə, Trend, Məhkəmə, Amerika, todaypress.az,