"Aztelekom" yenidən təşkil ediləcək

İKT

25.04.2025 10:00

9

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC yenidən təşkil edilməsi ilə bağlı açıqlama yayıb. 

Todaypress xəbər verir ki, açıqlamada deyilir ki, vahid idarəetmə mərkəzinin yaradılması inzibati proseslərin sadələşdirilməsinə, resurslardan istifadə səmərəliliyinin artırılmasına və dövlət vəsaitləri də daxil olmaqla kapital və əməliyyat xərclərinə daha çox qənaət edilməsinə imkan verəcək.

Məqsəd investisiyaların idarə olunmasının, yüksək potensiala malik kadrların cəlbinin, rəqəmsal inkişafı təmin edən layihələrin icrasının vahid mərkəzdən aparılmasıdır. 

Yenidən təşkil təkrarlanan prosesləri aradan qaldıracaq, əməliyyatların daha çevik olmasına və qərarvermə prosesinin sadələşdirilməsinə zəmin yaradacaq.  Yeni qurumun əsas prioritetlərindən biri də strateji məqsədlərin daha yaxşı əlaqələndirilməsinə və uyğunlaşdırılmasına imkan verən idarəetmə mexanizminin yaradılmasıdır.

Vahid idarəetmə çərçivəsində fəaliyyət göstərməklə bu qurum innovasiyaları təşviq edən əməkdaşlıq mühitini də inkişaf etdirəcək. 

İdarəetmənin yenidən təşkili alt qurumlarda mövcud qoşulma proseslərinin optimallaşdırılması, müştəri məmnuniyyətinin və rəqəmsal əlçatanlığın da artırılması ilə nəticələnəcək.

Yenidən təşkilin əsas məqsədlərindən biri də müştərilərə təqdim edilən xidmət səviyyəsi və keyfiyyətinin yüksəldilməsidir.

tag: Aztelekom,Açıqlama,Təşkil,Qurum,Todaypress.az,