Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı
İKT
03.08.2024 17:30
2024-cü ilin iyul ayına olan məlumata görə, azərbaycanlı istifadəçilər arasında ən çox istifadə olunan sosial şəbəkə “Instagram” olub.
TodayPress “Statcounter Global Stats”a istinadən xəbər verir ki , statistikaya əsasən, bu ilin iyul ayında Azərbaycanda “Instagram”dan istifadə 38,16% təşkil edib.
Digər sosial şəbəkələrin ziyarətçi sayı isə aşağıdakı kimi paylanıb:
“Facebook” - 22,25 %; “Pinterest” - 15,24%; “YouTube” - 11,15%; “X” - 7,48%; “Reddit” - 2,16%.
Günəş Mərd
tag: Azərbaycan, Sosial Şəbəkə, You Tube, Facebook, Pinterest, Reddit,İnstagram, todaypress.az,