Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı
“Statcounter” beynəlxalq
şirkəti Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin statistikasını
təqdim edib. Belə ki, 2025-ci ilin fevralında instaqramın Azərbaycanın sosial
şəbəkə bazarındakı bütün cihazlar üzrə payı (kompüterlər, mobil cihazlar və
planşetlər) 41,25 faiz təşkil edib.
TodayPress Statcounter”ə
istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə
5,2 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 9,24 faiz çoxdur.
İkinci yerdə
qərarlaşmış feysbuk şəbəkəsinin payı bir ay ərzində 4,17 faiz, ötən ilin
analoji dövrü ilə müqayisədə isə 5,42 faiz azalaraq 21,65 faiz təşkil edib.
Siyahıda üçüncü yeri tutmuş “Pinterest”in payı fevral ayında 1,3 faiz, illik
müqayisədə isə 2,8 faiz artaraq 17,44 faiz təşkil edib. Yutub isə dördüncü
yerdə qərarlaşıb. Onun bazar payı son bir ayda 1,95 faiz, ötən ilin analoji
dövrü ilə müqayisədə isə 4,07 faiz azalaraq 11,43 faiz təşkil edib.
İlk beşliyi
sonunda isə 4,04 faiz bazar payı ilə X (keçmiş “Twitter”) qərarlaşıb. Bu sosial
şəbəkənin populyarlığı son bir ayda 1,01 faiz, son bir ildə isə 2,41 faiz
azalıb.
tag: Sosial Şəbəkə, Whatsapp, Android, Funksiya, todaypress/az,