Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı azaldı

İKT

05.03.2025 09:48

1072

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 6 yeni domen verilib.

TodayPress-in Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 32 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 51 % azdır.

2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.

tag: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti,Domen,Dövlət Qurumu,Faiz,Todaypress.az,